DÜNYA

16 Dekabr

Ərdoğan: "İnflyasiya azalmağa başlayıb"

Prezident Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində DSİ tərəfindən tamamlanan 369 obyektin kütləvi açılış mərasimində çıxış edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Prezident Ərdoğan, "Türkiyə Statistika Qurumunun açıqladığı oktyabr ayı işçi qüvvəsi statistikası doğru yolda olduğumuza işarədir. İnflyasiya qızdırması azalmağa başlayıb, tədbirlərin müsbət təsirləri bazarda hiss olunur. Biz bunu edəcəyik. Önümüzdəki aylardan başlayaraq daha yaxşı dərəcələrlə qarşılaşacağıq" deyib.

Günel Məlikzadə
Fins.az