DÜNYA

16 Dekabr

ABŞ-ı narahat edən 2023-cü il hesabatı

2023-cü ildə ABŞ-da silahlı hücumlar və bununla bağlı zorakılıqlar nəticəsində 40 min 597 nəfər ölüb.

Fins.az xəbər verir ki, Silahlı Şiddət Arxivinin 2023-cü il hesabatına görə, silahlı hücumlar və buna bağlı zorakılıqlar nəticəsində 40 min 597 adam həyatını itirib. Hesabata görə, 2023-cü ildə 17 min 827 nəfər silahlı hücumlarda, 22 min 770 nəfər isə intihar nəticəsində həyatını itirəcək; 34 min 546 nəfər yaralanıb.

2023-cü ildə 0-11 yaş arasında 280 uşaq və 12-17 yaş arasında 1318 uşağın zorakılıq hadisələri nəticəsində həyatını itirdiyi bildirilib. Silahlı hücumlar və şiddət hadisələri nəticəsində yaralanan uşaq sayı 4 min 311 olaraq qeyd edildi. Arxivin məlumatına görə, 2023-cü ildə 46 polis xidməti vəzifəsini yerinə yetirərkən həlak olub, 355 polis əməkdaşı yaralanıb.

Oktyabrın 25-də ABŞ-ın Men ştatında baş verən silahlı hücumda 18 nəfər ölüb , 13 nəfər yaralanıb . Hücum Men ştatının qubernatoru Janet Mils tərəfindən ilin "ən ölümcül" hücumu kimi təsvir edilib. Hücum edən Robert Kart 2 günlük axtarışdan sonra Lissabonda ölü tapılıb.

Günel Məlikzadə
Fins.az