DÜNYA

16 Dekabr

Rumıniya və Bolqarıstan üçün Avstriyanın "yalnız hava yolu" Şengen təklifi

Avstriya Bolqarıstan və Rumıniyanın Şengendə iştirakı ilə bağlı mövqeyini yumşaldır.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Rumıniya və Bolqarıstanın Şengen azad hərəkət zonasında iştirakına qarşı çıxan Avstriya, yalnız Avropa Birliyinin xarici sərhədlərində daha sərt təhlükəsizlik tədbirləri görülməsi müqabilində hava nəqliyyatında güzəştlər edə biləcəyini açıqladı.

Avstriya qeyri-qanuni immiqrasiyanın hələ də çox yüksək olduğunu və Rumıniya və Bolqarıstanın iştirakdan əvvəl bu mövzuda hərəkətə keçməsi lazım olduğunu bildirərək, bu ölkələrin Şengendə iştirakına mane oldu.

"Bəli, düşünürəm ki, Rumıniya və Bolqarıstanda hava limanları ilə bağlı dəyişikliklər ola bilər", - Avstriyanın daxili işlər naziri Gerhard Karner ORF radiosuna bildirib və əlavə edib ki, o, Avropa Komissiyasına mövqe sənədi göndərib və top indi komissiyanın meydançasındadır.

Günel Məlikzadə
Fins.az