DÜNYA

16 Dekabr

Aİ-dən İrana qarşı sanksiya

Aİ Şurasından verilən yazılı açıqlamada İranın Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya verdiyi PUA-ların hazırlanması və istehsalı ilə məşğul olan 6 şəxs və 5 təşkilata sanksiya tətbiq ediləcəyi açıqlanıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, “Shakad Sanat Asmari, Baharestan Kish, Saad Sazeh Faraz Sharif, Sarmad Electronic Sepahan və Kimia Part Sivan” adlı şirkətlərin və onların menecerlərinin sanksiya siyahısına əlavə edildiyi bildirilib.

Aİ-nin sanksiyalarına aktivlərin dondurulması, səyahətlərin qadağan edilməsi və maliyyə resurslarının köçürülməsi daxildir.

Aİ bir ildən artıqdır ki, İranın bu sanksiyaları tətbiq etmək üçün Rusiyaya İHA-lar verdiyinə dair kifayət qədər sübut toplamaq üçün hazırlaşırdı.

Günel Məlikzadə
Fins.az