DÜNYA

12 Dekabr

Fransanın ilk və ən böyük özəl “Müsəlman liseyi”nə dövlət dəstəyi kəsilir

2003-cü ildə Lill şəhərində açılan ölkənin ilk özəl müsəlman liseyi olan Averroes Liseyində 800-dən çox şagird təhsil alır və 2008-ci ildən dövlətlə müqavilə bağlayıb.

Fins.az euronews-a istinadən xəbər verir ki, Fransanın ən böyük müsəlman liseyinə dövlət dəstəyi “inzibati uğursuzluqlar və şübhəli tədris praktikasına görə” dayandırılacaq. Lakin bəzi qeyri-hökumət təşkilatları bunun müsəlmanlara qarşı daha geniş təzyiqin sonuncu mərhələsi olduğunu iddia edirlər.

2003-cü ildə Fransanın şimalındakı Lil şəhərində açılan ölkənin ilk özəl müsəlman liseyi olan Averroes Liseyində 800-dən çox şagird təhsil alır və 2008-ci ildən dövlətlə müqavilə bağlayır. 

Fransada müqaviləli özəl məktəblərdə müəllimlərin maaşları və təhsil xərcləri dövlət tərəfindən ödənilir. Şagirdlər adi fransız kurrikuluma əməl edərkən, məktəbin təsis nizamnaməsinə uyğun olaraq əlavə kurslar verilə bilər.

Günel Məlikzadə
Fins.az