DÜNYA

11 Dekabr

Argentinanın yeni lideri Xavyer Mileinin ilk tədbirlərini açıqlaması gözlənilir

Xavier Milei bazar günü Argentinanın yeni prezidenti olaraq vəzifəyə başladı, inflyasiyanı aradan qaldıracağını və dövlət xərclərinin dərin azaldılmasından ibarət şok terapiya proqramı ilə ölkənin problemli iqtisadiyyatını xilas edəcəyini vəd etdi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, keçən ay keçirilən seçkilərin ikinci turunda Argentinanın ənənəvi siyasi koalisiyalarını məğlub edən lider konqresdə keçirilən mərasimdə and içərək prezidentlik kürsüsünə keçib.

Daha sonra Milei argentinalılara sələfindən miras qalan iqtisadi böhrandan çıxmağa çalışdıqları üçün daha çox ağrıya dözməli olacaqları barədə xəbərdarlıq etdi.

Milei bildirib ki, yeni hökumət kursu dəyişməzsə, vəzifədən gedən Alberto Fernandez administrasiyası 15 min faizə çata biləcək inflyasiya buraxıb. Milei konqresin qarşısında onu gözləyən böyük izdihama “Onlar həyatımızı məhv etdilər. Pul yoxdur" deyə səsləndi.

Xərcləri tez bir zamanda azaltmaq sözünü təkrarlayan Milei başqa alternativin olmadığını və çox vaxt qalmadığını bildirib. Milei əlavə etdi ki, iqtisadiyyat yaxşılaşmadan əvvəl qısa müddətdə daha da pisləşəcək.

Günel Məlikzadə
Fins.az