DÜNYA

10 Dekabr

ABŞ-da aparıcı məşğulluq məlumatları gözləntilərin altındadır

ADP Araşdırma İnstitutu tərəfindən Stanford Rəqəmsal İqtisadiyyat Laboratoriyası ilə birgə hazırlanmış noyabr ayı üzrə milli məşğulluq hesabatı dərc olunub.

Fins.az xəbər verir ki, ABŞ-da özəl sektorda məşğulluq noyabr ayında 103 min nəfər artıb. Bazar gözləntilərinin altında olan özəl sektor məşğulluğunun bu dövrdə 130 min artması gözlənilirdi.

Oktyabr ayı özəl sektor məşğulluq məlumatları 113 mindən 106 minə revize edildi.

Məlumatlar göstərdi ki, məşğulluq artımı istehsal, tikinti, əyləncə və qonaqpərvərlik sektorlarında azalmalarla məhdudlaşdırılıb. Təhsil və səhiyyə, eləcə də ticarət və nəqliyyat kimi xidmət göstərən digər sektorlar da irəliləyiş əldə edib.

Kiçik müəssisələrdə məşğul olanların sayı 6 min nəfər, orta müəssisələrdə 68 min nəfər, iri müəssisələrdə 33 min nəfər artmışdır. Sözügedən dövrdə məşğulluq artımının 117 mini xidmət sektorunda, 14 min nəfər azalma isə istehsal sektorunda qeydə alınıb.

Günel Məlikzadə
Fins.az