DÜNYA

07 Dekabr

Rusiyada martın 17-də prezident seçkiləri keçiriləcək

RusiyaParlamentin yuxarı palatası olan Federasiya Şurası prezident seçkilərinin tarixini müəyyən etmək üçün toplanıb.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasın nəticəsi olaraq şura üzvü senatorlar yekdilliklə seçkinin 2024-cü il martın 17-də keçirilməsi barədə qərar qəbul ediblər.

Rusiya Federasiyasının Konstitusiyasına görə, ölkədə dövlət başçısının seçilməsini müəyyən etmək Rusiya Parlamentinin yuxarı palatası olan Federasiya Şurasının səlahiyyətindədir.

Rusiyada əvvəlki prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib. Vladimir Putin 76,69 faiz səslə prezident seçilib.

Günel Məlikzadə
Fins.az