MERCOSUR-a üzv olan xarici işlər və iqtisadiyyat nazirləri Braziliyanın ev sahibliyi etdiyi Rio-de-Janeyrodakı Amanha Muzeyində toplaşıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, burada çıxış edən xarici işlər naziri Vieira Aİ ilə razılaşmanın "strateji" olduğunu və azad ticarət müqaviləsinin "çox yaxında" imzalanacağına ümid etdiklərini bildirib.
Aİ ilə danışıqların davam etdiyini xatırladan Vieira, "Gözləntilərimiz Aİ ilə tərəfdaşlıq müqaviləsini çox yaxında imzalamaqdır. Bu yolla qlobal iqtisadiyyatın bir aktoru kimliyimizi gücləndirmiş oluruq. MERCOSUR iqtisadiyyatları həm ixracımızı artıracaq və Avropa bazarında rəqabət qabiliyyətini artıracaq və yeni texnologiyaların əldə edilməsindən faydalanacaq” dedi.
Tezliklə MERCOSUR dönəm sədrliyini Paraqvaya təhvil verəcəklərini ifadə edən Vieira son 6 ayda Aİ ilə danışıqlarda "əhəmiyyətli" irəliləyiş əldə etdiklərini bildirib.
Günel Məlikzadə
Fins.az
