Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson bəyan edib ki, İsrail-Həmas müharibəsinin cəmiyyətdə yaratdığı qütbləşmə zorakılıq riskini artırır.
Fins.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Johansson qarşıdan gələn Milad bayramı dövründə Aİ-də "böyük terror hücumu riskinin" olduğunu söylədi.
Parisdə bir alman turistin bıçaqlanaraq öldürülməsi səbəbiylə bir araya gələn AİB Daxili İşlər Nazirləri toplantısından sonra açıqlama verən Yohansson, İsrail-Həmas müharibəsinin cəmiyyətdə yaratdığı qütbləşmənin şiddət riskini artırdığını bildirib.
Bu məsələ ilə bağlı xəbərdarlığın səbəbləri barədə məlumat verməyən komissar Aİ-nin əlavə təhlükəsizlik üçün daha 30 milyon avro ayırdığını bildirib.
Almaniyanın daxili işlər naziri Nensi Faeser də Aİ-nin təhdidləri və təbliğatı "yaxından" izləməli olduğunu vurğuladı və "zorakılıq edən islamçı cinayətkarların daha emosional və radikallaşma riskinin" yüksək olduğunu söylədi.
Günel Məlikzadə
Fins.az