Qərb ölkələrinin bir il əvvəl başlatdığı Rusiya neftinin qiymət tavanının Rusiyaya 34 milyard avroya başa gəldiyi bildirilir.
Fins.az xəbər verir ki, Enerji və Təmiz Hava Araşdırma Mərkəzi G7 və Avropa İttifaqı (Aİ) üzvləri də daxil olmaqla bəzi Qərb ölkələrinin sanksiyaları və qiymət tavanlarının Rusiyanın neft ixracına təsiri ilə bağlı araşdırmasını dərc edib.
Rusiya xam neftinin barrelinin tavan qiymətinin 60 dollar olması və idxal qadağasının 5 dekabr 2022-ci ildə qüvvəyə mindiyi xatırladan araşdırmada, neft sanksiyalarının Kremlin müharibədəki əzmini azaltmadığı ifadə edilib.
Araşdırmada, Qərb ölkələrinin tavan qiyməti və məhdudlaşdırıcı tədbirlərinin "Rusiyanın neft ixracı gəlirlərini 34 milyard avro azaltdığı", AB-nin neft idxalına qadağası və G7-nin tavan qiymətinin isə ölkənin neftdən əldə etdiyi gəliri 14 faiz azaltdığı bildirilib.
Sözügedən təsirin gözləntilərin altında olduğu, sanksiyaların ilin ilk yarısında Rusiyanın neft ixracı gəlirlərinə ciddi təsir göstərdiyi, lakin tavan qiymətin tətbiq edilməməsi, gücləndirilməməsi və daim nəzarətdə saxlanmamasının Rusiyanın bu təsirdən qurtulmasına imkan verdiyi bildirilib.
"Sanksiyaların effektivliyi neftin tavan qiymət siyasətinin adekvat şəkildə izlənilməməsi və həyata keçirilməməsi səbəbindən azalıb. Bu, Rusiyaya neftini müəyyən edilmiş tavan qiymət səviyyəsindən yuxarı satmağa imkan verib", - araşdırmada deyilir.
Günel Məlikzadə
Fins.az