DÜNYA

05 Dekabr

Putin Səudiyyə Ərəbistan və BƏƏ-yə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin bu həftə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək. Bu təmaslardan sonra onun Moskvada İran prezidenti İbrahim Rəisi qəbul edəcəyi gözlənilir.

Fins.az xəbər verir ki, Kremlin xarici siyasət müşaviri Yuri Uşakov Rusiya prezidenti Vladimir Putinin bu həftə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyini açıqlayıb. Uşakov: “Putin əvvəlcə Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşəcək. Ancaq əvvəlcə BƏƏ-yə səfər edəcəyik. Ümid edirəm ki, son dərəcə vacib hesab etdiyimiz bu görüşlər faydalı olacaq".

Rusiya lideri 2019-cu ildə, koronavirusun yayılmasından əvvəl BƏƏ və Səudiyyə Ərəbistanına səfər edib.

Birləşmiş Ərəb Əmirlikləri bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransına (COP28) ev sahibliyi edir.

Günel Məlikzadə
​Fins.az