DÜNYA

30 Noyabr

Rusiya iqtisadiyyatı 2,9 faiz artıb

Rusiya iqtisadiyyatı ilin ilk 9 ayında ilkin hesablamalara görə 2,9 faiz artıb.

Fins.az Rusiya Federal Statistika Xidmətinin (Rosstat) açıqladığı ilkin hesablamalara istinadən xəbər verir ki, oktyabr ayında ölkədə işsizlik səviyyəsi 2,9 faizə enərək, tarixin ən aşağı səviyyəsinə düşüb.

Pərakəndə ticarət həcmi ilin ilk 9 ayında bir əvvəlki ilin eyni dövrünə görə 5,5% artaraq 38,2 trilyon rubla çatarkən, Rusiyada avtomobil istehsalı bir əvvəlki ilə görə 8,1% artaraq 417 minə çatdı.

İlin üçüncü rübündə 5,5 faiz böyüyən Rusiya iqtisadiyyatı ilin ilk 9 ayında 2,9 faiz artıb.

Rusiya İqtisadi İnkişaf Nazirliyi bu il Rusiya iqtisadiyyatında artımın 2,8 faiz olacağını proqnozlaşdırıb və artıma töhfə verən əsas amillər kimi istehsal, tikinti, kənd təsərrüfatı və istehlak tələbini göstərib.

Günel Məlikzadə
Fins.az