DÜNYA

03 Dekabr

Avrozonada inflyasiya son 2 ilin ən aşağı həddinə çatıb

Avropa Statistika İdarəsi (Eurostat) Avro Zonasının noyabr ayı üzrə aparıcı inflyasiya məlumatlarını dərc edib.

Fins.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrində görünməmiş artımından sonra 20 ölkənin iştirak etdiyi Avrozonada inflyasiya analitiklərin gözləntilərinin altında qalır .

Məlumatlara görə, Avro Bölgəsində TÜFE noyabr ayında illik bazda 2,4% artdı. Gözləntilərin 2,7% reallaşması nəzərdə tutulurdu. Oktyabrda inflyasiya 2,9 faiz artıb.

Digər tərəfdən, TÜFE noyabr ayında aylıq bazda 0,5% azaldı. Bloomberg-in iqtisadçılar arasında keçirdiyi sorğuya əsasən, inflyasiyanın aylıq 0,2 faiz azalacağı gözlənilirdi. Oktyabrda inflyasiya aylıq 0,1 faiz artıb.

Beləliklə, demək olar ki, bütün maddələr üzrə qiymət təzyiqləri azalmağa davam edərək 2 ilin ən aşağı səviyyəsinə enib.

Günel Məlikzadə
Fins.az