ABŞ-a məxsus “Osprey” hərbi-nəqliyyat təyyarəsi bu gün Yaponiyanın Yakuşima adası yaxınlığında okeana düşüb.
Fins.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.
ABŞ-ın Tokio yaxınlığındakı Yokota hərbi aviabazasından havaya qalxan təyayrə bir müddət sonra radarlardan itib.
Məlumata görə, təyyarənin göyərtəsində 8 ABŞ hərbçisi olub. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.
Mehriban Mirzəzadə
Fins.az