Finlandiyanın Olkiluoto (OL3) atom elektrik stansiyasının üçüncü enerji bloku nasazlıq səbəbindən fəaliyyətini dayandırıb.
Fins.az xəbər verir ki, bu barədə elektrik stansiyasının operatoru Teollisuuden Voima məlumat verib.
"OL3 AES-də elektrik enerjisi istehsalı bu gün, 29 noyabr 2023-cü il tarixində saat 13:35-də turbin zalında nasazlıqla bağlı dayandırılıb. Hazırda nasazlığın səbəbi araşdırılır",- məlumatda deyilir.
Mehriban Mirzəzadə
Fins.az