DÜNYA

02 Dekabr

5 gün ərzində 200 milyondan çox amerikalı alış-veriş edib

ABŞ Milli Pərakəndə Assosiasiyası (NRF) Prosper Insights Analytics şirkəti ilə birgə Şükranlıq günü bayramı alış-verişi ilə bağlı keçirdiyi sorğunun nəticələri ilə bağlı açıqlama verib.

Fins.az xəbər verir ki, NRF-nin açıqlamasında, Şükran Günündən Kiber Bazar ertəsi gününə qədər 5 günlük tətil dövründə 200,4 milyon istehlakçının alış-veriş etdiyi, keçən ilki 196,7 milyonluq rekordu üstələdiyi qeyd edildi.

İstehlakçıların bayramda həm onlayn, həm də mağazadaxili kanallardan istifadə etdiyinə diqqət çəkən açıqlamada 121,4 milyon istehlakçının fiziki mağazalara baş çəkdiyi və bu rəqəmin keçən il 122,7 milyon olduğu qeyd edilib.

Açıqlamada, onlayn alış-veriş edənlərin sayının keçən il 130,2 milyondan bu il 134,2 milyona yüksəldiyi vurğulanıb.

Qara Cümə gününün mağaza içi alış-veriş üçün ən populyar gün olma silsiləsini davam etdirdiyi və bu gün fiziki mağazaları ziyarət edənlərin sayının 76,2 milyona yüksəldiyi ifadə edildi.

Qara Cümə gününün onlayn alış-veriş üçün ən populyar gün olduğu və bu gün təxminən 90,6 milyon istehlakçının onlayn alış-veriş etdiyi, Kiber Bazar ertəsi onlayn alış-veriş edənlərin sayının bu il 73 milyona düşdüyü qeyd edilib.

Günel Məlikzadə
Fins.az