Almaniyanın xarici işlər naziri Annalena Baerbok bəyan edib ki, ölkəsi mövcud büdcə böhranına baxmayaraq, 2024-cü ildə ümumi daxili məhsulun (ÜDM) iki faizini müdafiə xərclərinə ayıracaq.
Fins.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok sosial media hesabından açıqlama verib.
Nazir Baerbok "Bizim ittifaqımıza birlikdə sərmayə qoymağımız da vacibdir. Almaniya 2024-cü ildə ÜDM-nin iki faizini müdafiəyə xərcləyəcək" dedi.
Gələn il Ukraynada mümkün qədər çox kənd və qəsəbənin azad edilməsi üçün hər şeyi etdiklərini qeyd edən Baerbok “Vəziyyət nə qədər çətin, yorucu, çıxılmaz görünsə də, bizə ehtiyacı olduğu müddətcə Ukraynanı dəstəkləyəcəyik".
Günel Məlikzadə
Fins.az