Putinin imzaladığı fərmana əsasən, Caterpillar-ın Rusiyadakı bütün aktivlərinin PSK Noviye Reşeniya adlı şirkətə satışına icazə verilib.
Fins.az xəbər verir ki, sərəncamda satışın qiyməti ilə bağlı məlumat verilməyib.
ABŞ-da tikinti və mədən avadanlıqları istehsalçısı olan Caterpillar Ukrayna müharibəsindən sonra Rusiyadakı obyektlərində işləri dayandırmaq qərarına gəlib.
Rusiyada Mercedes və Renault kimi bəzi Qərb şirkətlərinin aktivləri Rusiya dövlətinə və ya şirkətlərinə ötürülüb və ya satılıb, Danone və Carlsberg şirkətlərinin aktivlərini idarə etmək üçün qəyyumlar təyin edilib.
Günel Məlikzadə
Fins.az