İsraillə HƏMAS arasında müvəqqəti atəşkəsin uzadılması üçün səylər edilərkən, Həmas tərəfindən azad edilən girovların sayı 58-ə çatıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, İsrail və HƏMAS daha çox girov və məhbusun azad edilməsinə imkan yaratmaq üçün Qəzzada müvəqqəti atəşkəsin bazar ertəsi günündən sonra da uzadılacağına işarə ediblər.
Qətərin vasitəçiliyi ilə cümə günü başlayan dörd günlük atəşkəs, HƏMAS-ın İsrailin saxladığı 150 məhbus müqabilində 50 girovu azad etməyə razılaşdığını və İsrailin HƏMAS-ın daha 10 girovu azad etdiyi hər gün üçün hücumları dayandırmasını əhatə edir.
Həmas bazar gününə qədər 58 girovu təhvil verib, 117 fələstinli isə azad edilib. HƏMAS dörd günlük razılaşmanın şərtlərini yerinə yetirmək üçün bazar ertəsi günü daha 11 israillini azad etməyi planlaşdırır.
ABŞ prezidenti Co Bayden atəşkəs rejiminin uzadılmasına çağırıb və bunun Qəzzaya çox ehtiyac duyulan yardımın çatdırılmasına və girovların xilas edilməsinə imkan verdiyini deyib.
Həmas həmçinin bazar günü gec Telegram-da bəyanat yayaraq, “dörd günlük müddət bitdikdən sonra atəşkəsi uzatmağı” hədəflədiyini bildirib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari hərbçilərin müharibənin növbəti mərhələsinə hazırlaşdığını, lakin "bu baş verməmişdən əvvəl mümkün qədər çox girovu evlərinə gətirməyə" ümid etdiyini söylədi.
Günel Məlikzadə
Fins.az