Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, müsbət iqtisadi, sosial və ekoloji nəticələr əldə etməyi qarşısına məqsəd qoyan bu layihələrin də sürətli təsiri gözlənilir. Digər tərəfdən, sənəddə Çinin də “Kəmər və Yol” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələrdə yuanın qloballaşmasını təşviq etməyi planlaşdırdığına dair məlumatlar yer alıb. Sənədlərdə həmçinin qeyd olunub ki, Çin “Bir Kəmər və Yol” təşəbbüsündə iştirak edəcək ölkələrlə ikitərəfli əməkdaşlıq vasitəsilə yerli valyutaların istifadəsini davamlı şəkildə inkişaf etdirəcək. Həmçinin bildirilib ki, maliyyə qurumları xarici investisiyalarda yuanın daha çox istifadəsini təşviq edəcək.
Çinin Bir Kəmər və Yol Layihəsi çərçivəsində infrastruktur investisiyalarına verdiyi kreditlərdən alacaqları 1 trilyon dolları keçdi. Lakin son illərdə pandemiya və Çindəki yavaşlama qlobal iqtisadiyyatı yavaşlatdığından sürət azaldı.
Günel Məlikzadə
Fins.az