DÜNYA

24 Noyabr

Qəzzada müvəqqəti atəşkəs elan edilib

Həmas və İsrail arasında əldə olunan razılaşma ilə Qəzzaya hücumları müvəqqəti dayandıracaq, əsir mübadiləsi və humanitar yardıma icazə verəcək 4 günlük humanitar fasilə başlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, İsrail və HƏMAS arasında girovların azad edilməsini ehtiva edən razılaşma bu gün səhər yerli vaxtla saat 07:00-da başlayıb.

İsrail ordusundan verilən açıqlamada bu fasilənin humanitar fasilə olduğu və müharibənin bitmədiyi bildirilib.

Razılaşmanın birinci mərhələsində girov götürülən bir qrup qadın və uşaq günortadan sonra Həmas tərəfindən azad ediləcək.

Həmas-ın 50-yə yaxın girovu, İsrailin isə 150 ​​fələstinli qadın və uşağı azad edəcəyi gözlənilir.

İsrailin baş naziri Benyamin Netanyahu İngiltərənin yeni xarici işlər naziri David Cameron ilə görüşündən sonra razılaşmanın çətinlikləri olduğunu bildirərək, “Lakin hələ də ilk sayda girovları götürməliyik” deyib.

Günel Məlikzadə
Fins.az