ABŞ-ın Miçiqan Universiteti tərəfindən ölçülən istehlakçı inamı indeksi noyabr ayında yuxarıya doğru yenidən işlənib və 61,3-ə yüksəlib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Miçiqan Universiteti amerikalı istehlakçıların tendensiyalarına uyğun hazırlanmış noyabr ayı üçün İstehlakçı Güvən İndeksinin yekun məlumatlarını açıqlayıb .
Buna görə istehlakçı güvən indeksi noyabr ayında bir əvvəlki aya görə 2,5 bal azalaraq 61,3-ə gerilədi.
Sözügedən məlumatlar yuxarıya doğru revize edilərkən, noyabr ayı üçün aparıcı məlumatlar 60.4 olaraq açıqlandı.
Ardıcıl 4 ay azalaraq may ayından bəri ən aşağı səviyyəyə enən istehlakçı güvən indeksi oktyabrda 63,8 olaraq qeyd edildi.
Amerikalıların cari maliyyə şərtləri ilə bağlı qiymətləndirmələrini ölçən cari iqtisadi şərtlər indeksi noyabrda aylıq 2,3 bənd azalaraq 68,3-ə düşüb.
Günel Məlikzadə
Fins.az