Orpo Rusiyaya xəbərdarlıq edib ki, miqrantların Rusiya rəsmiləri tərəfindən oraya gətirilməsi davam edərsə, daha çox sərhəd keçid məntəqələri bağlanacaq.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Finlandiya Moskvanın təşkil etdiyi hibrid əməliyyat kimi qiymətləndirilən sığınacaq axtaranların axınının qarşısını almaq üçün Rusiya ilə sərhədində yalnız bir sərhəd keçidini açıq qoyacaq.
Baş nazir Petteri Orpo çərşənbə günü "vəziyyətin pisləşdiyini" əsas gətirərək, Şimali Avropa ölkəsi keçən həftə ən işlək olan dörd keçidi bağladıqdan sonra daha üç yol keçid məntəqəsini bağlayacağını söylədi.