Çin qrafitlə bağlı ixrac məhdudiyyətləri başlamazdan əvvəl çip istehsalı üçün vacib olan germanium və qalliumun məhdud ixracına icazə verdi.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Çin oktyabr ayında iki aylıq fasilədən sonra satışları bərpa edərək, yüksək texnologiyalı istehsal üçün həyati əhəmiyyət kəsb edən iki mineralı kiçik miqdarda ixrac etdi.
Çiplər telekommunikasiya avadanlığı və elektrik avtomobillərinin hissələrinin hazırlanmasında istifadə edilən germanium, qallium və onların kimyəvi birləşmələrinə nəzarət milli təhlükəsizlik məqsədi ilə avqustun 1-də Çinin ABŞ və Avropa ilə ticarət müharibəsini gücləndirdiyi zaman həyata keçirilib.
Elektrikli nəqliyyat vasitələrinin akkumulyatorları üçün vacib material olan qrafit üzərində daha bir ixrac nəzarəti dekabrın 1-dən qüvvəyə minəcək.
Günel Məlikzadə
Fins.az