İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə məhbus mübadiləsi razılaşmasını müzakirə etmək üçün toplanan hökumət kabinetinin təsdiq etdiyi qərar açıqlanıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, hökumətin Qəzzada olan bütün israilli əsirlərin bu gecə geri qaytarılması hədəfinin birinci mərhələsini təsdiqlədiyi və “Buna uyğun olaraq qadın və uşaqların da olduğu ən az 50 girovun azad edilməsi nəzərdə tutulur. 4 gün ərzində hərbi əməliyyatlar dayandırılacaq” ifadəsi işlədildi.
Bəyanatda bildirilib ki, “hər 10 əsirin azad edilməsi döyüşlərin əlavə bir gün də dayandırılmasına imkan verəcək”.
Bəyanatda həmçinin vurğulanıb ki, İsrail hökuməti və ordusu “bütün əsirlərin qaytarılmasını təmin etmək, HƏMAS-ın ləğvini başa çatdırmaq və Qəzza zolağından İsrail üçün yeni təhlükənin olmaması üçün müharibəni davam etdirəcək”.
İsrail hökumətinin açıqlamasında, nə qədər fələstinli məhbusun azad ediləcəyi, nə qədər israilli məhbusların azad ediləcəyi və Qəzzaya humanitar yardımların daxil olacağı barədə məlumat paylaşılmayıb.
İsrailin məlumatına görə, Qəzza zolağında HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadaları tərəfindən saxlanılan 239 israilli məhbus var.
Günel Məlikzadə
Fins.az