DÜNYA

25 Noyabr

Almaniyada büdcə böhranı dərinləşir

Almaniya Konstitusiya Məhkəməsinin borc əyləci ilə bağlı qərarından sonra Almaniya koalisiya hökumətinin büdcə böhranı getdikcə dramatikləşir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Almaniya Maliyyə Nazirliyinin büdcədən məsul müşaviri Verner Gatzerin bütün nazirliklərə göndərdiyi məktubda bütün federal büdcədə gələcək xərc öhdəliklərinin müvəqqəti olaraq dondurulduğu bildirilib.

Məktubda ilkin olaraq yalnız İqlim və Çevrilmə Fondu üçün qüvvədə olan büdcə dondurmasının federal büdcənin böyük bir hissəsini əhatə edəcək şəkildə genişləndirildiyi, nazirlik və qurumların mövcud öhdəliklərinin yerinə yetirilməsinə davam ediləcəyi bildirilib. 

Gatzerin məktubunda "federal büdcənin ümumi büdcə vəziyyətini nəzərdən keçirməsinin zəruri olduğu" ifadə edilərək, büdcə dondurulduqdan sonra nazirliklərin tələb etdiyi xərclərə xüsusi fərdi hallarda icazə veriləcəyi vurğulanıb.

Günel Məlikzadə
Fins.az