Almaniyanın iqtisadi və beyin mərkəzlərindən biri olan İqtisadi Araşdırmalar İnstitutunun (Ifo) Alman iş dünyasının noyabr ayı sorğusuna görə, ölkədəki şirkətlərin 6,8%-i iqtisadiyyatdakı zəiflik səbəbiylə varlıqlarını təhlükə altında görür.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Ifo-nun yanvar ayında keçirdiyi sorğuda özlərini təhlükə altında görən şirkətlərin nisbəti 4,8% olaraq açıqlanmışdı.
Tikinti sektorunda sözügedən nisbət 5,1 faizdən 8,9 faizə yüksələrək 2020-ci ilin iyun ayından bəri ən yüksək göstəriciyə çatıb. Bu göstərici logistika sektorunda 14 faiz, enerji tutumlu kimya sektorunda isə 13,5 faiz olub.
Aktivlərini təhlükə altında görən şirkətlərin nisbəti pərakəndə sektorda 10,3% olaraq qeyd edildi.
Günel Məlikzadə
Fins.az