ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 11 Noyabrla bitən həftədə əvvəlki həftəyə görə 13 min nəfər artaraq 231 minə çatıb. Bazar gözləntisi müraciət sayının 220 min olacağı idi.
Digər tərəfdən, işsizlik müavinəti müraciətlərinə dair əvvəlki həftənin məlumatları 217 mindən 218 minə revize edildi.
Günel Məlikzadə
Fins.az