Türkiyə İşçi Qüvvəsi Statistikası, III. Rüb: İyul - Sentyabr 2023-cü il məlumatları dərc edilib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğunun nəticələrinə görə; 2023-cü ildə 15 və yuxarı yaşda olan işsizlərin sayı III. Rübdə əvvəlki rüblə müqayisədə 161 min nəfər azalaraq 3 milyon 218 min nəfər olub. İşsizlik səviyyəsi 0,5 bənd azalaraq 9,2 faiz təşkil edib. İşsizliyin səviyyəsi kişilər üçün 7,5 faiz, qadınlar üçün isə 12,5 faiz təşkil edib.
Günel Məlikzadə
Fins.az