Avropa İttifaqı bu ilin əvvəlində gələn mart ayına qədər Kiyevə bir milyon patron verəcəyini vəd etmişdi, lakin indiyədək bu hədəfin yalnız 30%-nə nail olunub.
Fins.az euronews-a istinadən xəbər verir ki, Brüsseldə keçirilən blokun müdafiə nazirlərinin görüşündə Aİ-nin vədinə əməl edə bilməyəcəyi ilə bağlı narahatlıqlar qaldırılıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius jurnalistlərə açıqlamasında "Biz bir milyonluq hədəfə çox güman ki, çata bilməyəcəyik" dedi.
Günel Məlikzadə
Fins.az