DÜNYA

19 Noyabr

Niyə Danimarkaya Rusiya neft tankerlərinin qarşısını almaq tapşırığı verilir?

Danimarkaya Avropa İttifaqının yeni planları çərçivəsində onun sularında üzən Rusiya neft tankerlərini yoxlamaq və potensial olaraq bloklamaq tapşırığı veriləcək.

Fins.az euronews-a istinadən xəbər verir ki, Şimali Avropa ölkəsi, dövlətlərə ekoloji təhlükə yaratmaqdan qorxduqları gəmiləri yoxlamağa icazə verən qanunlara əsasən, Qərb sığortası olmayan tankerləri hədəfə alacaq.

Kopenhagenin tapşırığı Qərbin Rusiya xam neftinin barrelinin 60 dollara (55 avro) əməl olunmasını təmin etmək üçün daha çox yollar araşdırdığı bir vaxta təsadüf edir. 

Qərb rəsmiləri etiraf ediblər ki, Moskvanın xam neft ixracının “demək olar ki, heç biri” keçən ay bir barrel üçün 60 dollardan aşağı satılmayıb, Financial Times çərşənbə axşamı bildirib.

Günel Məlikzadə
Fins.az