DÜNYA

16 Noyabr

Aİ Rusiyaya 12-ci sanksiya paketini hazırlayır

Aİ Komissiyası təsdiq üçün üzv dövlətlərə təqdim etdiyi Rusiyaya qarşı 12-ci sanksiya paketi təklifini açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən 120-dən çox şəxs və təşkilat sanksiya siyahısına daxil ediləcək.

Rusiyaya yeni idxal və ixrac qadağaları tətbiq olunacaq. Rusiya neftinin qiymət tavanı daha da sərtləşdiriləcək.

Aİ-nin tətbiq etdiyi sanksiyalardan yayınmamaq üçün əlavə tədbirlər görüləcək.

Aİ-nin sanksiyalar siyahısına Rusiya hərbi, müdafiə və informasiya texnologiyaları sektorundan olan şəxslər, eləcə də mühüm iqtisadi subyektlər əlavə olunacaq.

Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisində son seçkiləri təşkil edənlər, ukraynalı uşaqların məcburi şəkildə yenidən təhsil almasına cavabdeh olanlar, Kiyevə dəstək üçün dezinformasiya və təbliğat fəaliyyəti ilə məşğul olanlar hədəfə alınacaq.

Aİ-nin Rusiyaya qarşı sanksiyalarının ümumi çərçivəsi daha da gücləndiriləcək.

Beynəlxalq mətbuatın yazdığına görə, yeni sanksiyalar paketi Rusiyadan almaz idxalını qadağan edəcək. Bu qadağanın 2024-cü ilin əvvəlində qüvvəyə minməsi nəzərdə tutulur.

Günel Məlikzadə
​Fins.az