Milli Statistika İdarəsinin məlumatlarına görə, Böyük Britaniyada İstehlak Qiymətləri İndeksi (CPI) oktyabr ayında illik bazda 4,6 faiz azalaraq, bazarın gözləntilərindən çox aşağı düşüb. Sentyabrda inflyasiya illik bazda 6,7 faiz təşkil edib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Xüsusilə uzun müddətdir inkişaf etmiş iqtisadiyyatlar arasında ən yüksək inflyasiyaya malik ölkə kimi önə çıxan Böyük Britaniyada 2021-ci ilin dekabr ayından etibarən artan siyasət faizinə baxmayaraq, inflyasiya yapışqan hala düşüb.
Ölkədə faiz dərəcəsinin 0,1 faiz olduğu 2021-ci ilin dekabrında başlayan sərtləşdirmə dövründə BoE siyasət faizini ardıcıl 14 dəfə artıraraq avqust ayında 5,25 faizə qaldıraraq son 15 ilin ən yüksək səviyyəsini göstərdi. 18 aylıq sərtləşdirmə dövründən sonra bank ilk dəfə sentyabr ayında faiz artımına fasilə verib və faiz dərəcəsini sabit saxlayıb.
Günel Məlikzadə
Fins.az