ABŞ Maliyyə Nazirliyi oktyabr ayı üçün büdcə balansı hesabatını dərc edib.
Fins.az hesabata istinadən xəbər verir ki, federal hökumətin büdcə kəsiri 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə sona çatacaq 2024-cü maliyyə ilinin ilk ayında 66,6 milyard dollar olaraq hesablandı.
Federal hökumətin 2023-cü maliyyə ilinin eyni ayında 87,9 milyard dollar büdcə kəsiri var idi. Belə ki, oktyabrda büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə təxminən 24 faiz azalıb. Bu dövrdə büdcə balansı ilə bağlı bazar gözləntisi oktyabr ayında büdcənin 65 milyard dollar kəsir verəcəyi idi.
Oktyabrda hökumətin gəlirləri keçən ilin eyni ayına görə 27% artaraq 403,4 milyard dollara çatarkən, xərcləri isə 16% artaraq 470 milyard dollara çatıb.
ABŞ-ın borclarına görə ödədiyi faiz məbləği oktyabrda keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 87 faiz artaraq 88,9 milyard dollara çatıb.
ABŞ-ın büdcə kəsiri 2023-cü maliyyə ilində əvvəlki illə müqayisədə 23 faiz artaraq 1,7 trilyon dollara çatıb.
Günel Məlikzadə
Fins.az