Brüsseldə keçirilən Aİ Liderlər Zirvə Toplantısının ikinci gün sessiyaları davam edərkən, sammitin yekun bəyannaməsinin iqtisadi hissəsi jurnalistlərlə paylaşılıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, iclasda iqtisadi və maliyyə vəziyyətinin müzakirə edildiyi bildirilən açıqlamada bildirilib:
"İqtisadiyyatlarımız bir çox sarsıntılar qarşısında dayanıqlıdır və sürətini itirsə də, böyüməyə davam edir. İnflyasiya əsas narahatlığı yaratmaqda davam edir. İnflyasiyanın azalmasının davam etməsi böyük əhəmiyyət kəsb edir".
Bəyannamədə iqtisadiyyatların dayanıqlığını və rəqabət qabiliyyətini artırmaq əzmi vurğulanıb.
Bəyannamədə Avro Qrupunun iqtisadi inkişafları yaxından izləyəcəyi və davamlı və əhatəli inkişafı təmin etmək üçün iqtisadi siyasətlərin yaxından əlaqələndirilməsinin davam edəcəyi bildirilib.
Günel Məlikzadə
Fins.az