Dünya

19 Sentyabr

AB Rusiyaya qarşı 19-cu sanksiya paketini elan etdi

Avropa Komissiyası Rusiyaya qarşı yeni 19-cu sanksiyalar paketini təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, Avropa Komissiyasının lideri Ursula fon der Leyen 19-cu sanksiya paketinin əsas məqamlarını açıqlayıb.

 

Yeni tədbirlər çərçivəsində:

 

- Rusiyanın LNG idxalı AB bazarlarına qadağan ediləcək;

 

- “Kölgə donanmasına” aid 118 gəmi sanksiya siyahısına əlavə olunacaq (ümumi 560 gəmi);

 

- “Rosneft” və “Qazpromneft” şirkətləri tam əməliyyat qadağasına məruz qalacaq;

 

- Üçüncü ölkələrdəki neftayırma, neft treyderləri və neft-kimya şirkətləri, o cümlədən Çindəki qurumlar da hədəf alınacaq;

 

- Rusiya və üçüncü ölkələrin əlavə banklarına əməliyyat qadağası tətbiq edəcək;

 

- Kripto platformaları və kriptovalyuta əməliyyatları sanksiyalara daxil ediləcək;

 

- Xüsusi iqtisadi zonalardakı şirkətlərlə əməliyyatlar məhdudlaşdırılacaq;

 

- Hərbi sahədə istifadə olunan texnologiyalara ixrac qadağaları gətiriləcək, 45 şirkət sanksiya siyahısına salınacaq.