DÜNYA

18 Oktyabr

Böyük Britaniyada inflyasiya illik əsasda dəyişməz qalıb

Yanacaq qiymətlərindəki artım səbəbiylə inflyasiya illik bazda dəyişməyib.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.

Ötən illə müqayisədə ərzaq və alkoqolsuz içkilərin qiymətlərində azalma müşahidə olunduğu halda, mebel və təsərrüfat mallarının qiymətlərində artım məhdud olub.

Enerji və ərzaq qiymətləri nəzərə alınmadan baza inflyasiyası illik bazda 6,1 faiz təşkil edib. Avqustda baza inflyasiyası illik bazda 6,2 faiz təşkil edib.

Ölkədə xidmət sektorunda inflyasiya 6,9 faiz təşkil edib. Avqust ayında xidmət sektorunda inflyasiya illik bazda yüzdə 6,8 olub.

Məlumatları dəyərləndirən ONS baş iqtisadçısı Qrant Fitzner inflyasiyanın keçən aykı enişdən sonra sentyabrda sabit qaldığını ifadə edərək, ərzaq və alkoqolsuz içkilərin qiymətlərində enişin davam etdiyini qeyd edib.

Qeyd edək ki, İngiltərə Bankı inflyasiyanı 2 faizə endirməyi hədəfləyir.

Məhəbbət Məmmədov
Fins.az