DÜNYA

11 Oktyabr

Ərdoğan Putinlə telefonla danışıb

Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, görüş zamanı iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatı və gərginliyin yayılmasının qarşısını almaq üçün tədbirləri müzakirə ediblər.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, görüş zamanı regionda humanitar ehtiyacların ödənilməsi üçün hansı təşəbbüslərin həyata keçiriləcəyi dəyərləndirilib.

Mülki yaşayış məntəqələrinin hədəfə alınmasının narahatlıq doğurduğunu və bu cür təşəbbüslərin Türkiyə tərəfindən birmənalı qarşılanmadığını vurğulayan Ərdoğan, Türkiyənin bölgədə əmin-amanlığın təmin edilməsi üçün hər cür səy göstərməyə davam edəcəyini də bildirib.

Günel Məlikzadə
Fins.az