DÜNYA

10 Oktyabr

ABŞ İsrailə yardım göndərərkən ordu Qəzza yaxınlığında qüvvələr yaradır

İsrail və HƏMAS yaraqlı qruplaşması arasındakı qarşıdurma indiyədək ən azı 1500 nəfərin ölümü ilə dördüncü günə daxil olub. İsrail bir gecədə Qəzza zolağına zərbələr endirib. İndi cavab tədbirinin növbəti mərhələsinə hazırlıq məqsədilə minlərlə əsgərin yerləşəcəyi baza tikir.

Fins.az Bloomberg-ə istinadən xəbəör verir ki,  İsrail Müdafiə Qüvvələrinin sözçüsü Benyamin Netanyahunun şərhlərini təkrarlayaraq, ölkənin "çox sərt və aqressiv" cavab verəcəyini bildirib. Baş nazir quru hücumu barədə açıqlama verməsə də, bir çox israilli və fələstinli bunu gözləyir. İranın ali lideri belə bir addımla bağlı xəbərdarlıq edib.

Günel Məlikzadə
Fins.az