DÜNYA

10 Oktyabr

Dünya ekosiyasətində kritik xammalın əhəmiyyəti artır

Məhdud coğrafiyada nadir hallarda rast gəlinən, bərpa olunan enerji təchizatı zəncirində istifadə olunan molibden, vanadium, qrafit, rutenium, iridium və mineral duzlar kimi “kritik xammal” dünya siyasi iqtisadiyyatında getdikcə əhəmiyyət kəsb edir.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, buna bir sıra təsir edən amillər var. Məsələn, təchizat tərəfində, mədənlərdə (xüsusilə Avstraliyada) pandemiya ilə bağlı istehsal problemlərinin aradan qaldırılması, mədənçilikdə işçi qüvvəsinə çıxışın asanlaşdırılması. Həmçinin Rusiyanın ixrac etdiyi məhsulların, xüsusilə nikel və neftin Çin və Hindistan vasitəsilə qlobal bazarlara çıxış imkanlarının artırılması və quru yük daşımalarında kəskin eniş təsir edən amillər sırasındadır.

Tələb tərəfində Çin tikinti sənayesindəki yavaşlama və qlobal sənaye tələbinin gözlənildiyi kimi artmaması bu tendensiyanı dəstəkləyib. Digər tərəfdən, bu il yaşanan kəskin enişlərə baxmayaraq, əmtəə qiymətlərinin hələ də 2015-2020-ci illərin orta göstəricilərindən 50% yuxarıdadır. Pandemiya dövründə istehsal investisiyaları dayansa da cari tələb hələ də güclü olaraq qalıb. 

Xidmətlər, nəqliyyat və bərpa olunan enerji sektorlarının bütün dünyada, xüsusən də ABŞ-da nisbətən güclü qalması neft və “təmiz” enerji istehsalında istifadə olunan metalların digər əmtəə qruplarına nisbətən daha dayanıqlı qiymətlənməsinə şərait yaradıb. Qlobal neft tələbi OPEC-in istehsal məhdudiyyətləri ilə birlikdə pandemiyadan əvvəlki səviyyəyə çatdıqda, biz sentyabr ayında Brent markalı neftin 90 dollardan yuxarı olduğunu gördük.

Təbii qazın qiyməti Ukrayna müharibəsinin əvvəlində çox yüksək səviyyədən uzaq olsa da, qışın nisbətən mülayim keçməsi səbəbindən dəyişkənlik davam edib. İqlim və geosiyasi proseslər ərzaq qiymətlərinin gedişində çox təsirlidir. Yay boyu rekord həddə çatan istilik dalğası, ardınca sentyabrda daşqınlar və El Nino kimi qasırğalar istehsala təsir edib.

Bütün bunlara baxmayaraq, buğdanın və bir çox digər əsas ərzaq məhsullarının qiymətləri ötən ildən xeyli aşağıdır. Məhdud coğrafiyada nadir hallarda rast gəlinən, bərpa olunan enerji təchizatı zəncirində istifadə olunan molibden, vanadium, qrafit, rutenium, iridium və mineral duzlar kimi “kritik xammal” dünya siyasi iqtisadiyyatında getdikcə əhəmiyyət kəsb edir. Bunlar əsasən Çin, Çili, Cənubi Afrika və Avstraliyadakı mədənlərdə istehsal olunur və xüsusilə Qərb və Çin arasında mümkün gərginlik zamanı dünya iqtisadiyyatına ciddi zərər vurmaq potensialına malikdir.

Qızıl istehsal/istehlak dinamikasından çox ABŞ-ın real faiz dərəcələri ilə korrelyasiya ilə hərəkət edir. 2000-ci illərin əvvəllərində əmtəə qiymətlərindəki sürətli sıçrayış, kommunikasiya texnologiyaları vasitəsilə sürətlə inkişaf edən dünya iqtisadiyyatının yaratdığı tələbi təklifin ödəyə bilməməsi ilə əlaqədardır.

Günel Məlikzadə
Fins.az