DÜNYA

09 Oktyabr

ABŞ: "Biz İsrailin təhlükəsizliyini dəstəkləməkdə qərarlıyıq"

ABŞ vitse-prezidenti Kamala Harris HƏMAS-ın İsrailə qarşı hücumlarını pisləyib və İsrailin təhlükəsizliyi üçün lazımi dəstəyi verməkdə qərarlı olduqlarını bildirib.
Ağ Evdən verilən yazılı açıqlamaya görə, Harris İsrail prezidenti İsaak Hersoqla telefonla danışıb. 

Fins.az xəbər verir ki, görüş zamanı Harris özü və əri adından həyatını itirənlərə başsağlığı verib. HƏMAS-ın hücumlarından zərər çəkən hər kəsə tezliklə sağalmasını diləyib.

"Dəhşətli və görünməmiş" hücumları pisləyən Harris, "bu cür terror hücumlarına heç vaxt bəraət qazandıra bilməyəcəyini" bildirib.

ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini təkrarlayan Harris, ölkəsinin İsrailə lazımi dəstəyi verməkdə qərarlı olduğunu vurğulayıb.

Günel Məlikzadə
Fins.az