DÜNYA

09 Oktyabr

Valyutası kəskin ucuzlaşan İsraildən valyuta satışı tədbiri

Hücumların hədəfi olan İsraildə şekel valyutası 2 faizə qədər ucuzlaşıb. İsrail Bankı valyuta dəyişkənliyinə müdaxilə etmək üçün 30 milyard dollara qədər valyuta satışı proqramı elan edib. Bank şekel valyutasında volatilliyi yumşaltmaq və bazarların fasiləsiz işləməsini təmin etmək üçün lazımi likvidliyi təmin etmək məqsədilə qarşıdakı dövrdə bazarda fəaliyyət göstərəcək.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Həmas Qəzza zolağından İsrailin cənubuna sızaraq ayın 7-si eyni vaxtda bir neçə hücum həyata keçirib. Hücumlar nəticəsində əksəriyyəti mülki vətəndaşlardan ibarət 700-dən çox israilli həyatını itirib.

Qəzzanın şimal sərhədindən çox da uzaq olmayan ərazidə keçirilən musiqi festivalına qatılan 260-a yaxın insan da Həmas tərəfindən öldürülüb. İsrailin cavab hücumları nəticəsində 400-ə yaxın fələstinli həyatını itirib. İsrail HƏMAS-ın sızdığı ərazilərin əksəriyyətinə nəzarəti bərpa edərkən, Həmas çoxlu israillini girov götürüb.

Gözlənilməz hücumlardan sonra İsrail rəsmən müharibə elan edib. HƏMAS-ın hərbi infrastrukturunu məhv etmədən əməliyyatları dayandırmayacağını açıqlayıb. Bu açıqlamadan sonra Qəzzada aylarla davam edə biləcək quru əməliyyatı gözlənilir.

"Wall Street Journal" HƏMAS və İranın dəstəklədiyi Hizbullahın yüksək rütbəli üzvlərinə istinadən xəbər verir ki, İran təhlükəsizlik rəsmiləri HƏMAS-a hücumu planlaşdırmağa kömək edib və ötən bazar ertəsi Beyrutda keçirilən toplantıda hücuma yaşıl işıq yandırıblar.

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə iki gün ərzində iki dəfə telefonla danışıb və hərbi yardıma dəstəyini çatdırıb. ABŞ USS Gerald R. Ford təyyarədaşıyan gəmisi də daxil olmaqla altı gəmisini Şərqi Aralıq dənizinə köçürüb.

Türkiyə Xarici İşlər Nazirliyi hər iki tərəfi mötədilliyə çağırsa da, prezident Rəcəb Tayyib Ərdoğan, "Sağlığın bərpası üçün başlatdığımız diplomatik səyləri gücləndirmək və davam etdirmək əzmindəyik" deyib.

Ərdoğan bildirib ki, Fələstin-İsrail probleminin həlli üçün 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı (Şərqi) Qüds olan müstəqil və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin Dövlətinin həyata keçirilməsi “dönməz bir ehtiyacdır”. 

Günel Məlikzadə
Fİns.az