DÜNYA

09 Oktyabr

Qəzzada 436 ölü, 2271 nəfər yaralı var

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada bölgədə ölən və yaralananlar barədə məlumat verilib.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada İsrailin Qəzzaya son 3 gündə həyata keçirdiyi hücumlarda 91-i uşaq, 61-i qadın olmaqla 436 nəfərin həyatını itirdiyi, 224-ü uşaq, 151-i qadın olmaqla 2271 nəfərin yaralandığı bildirilib.
Fələstin Səhiyyə Nazirliyi açıqlamasında, İsrail qüvvələrinin 7 oktyabrdan bəri Yerusəlim də daxil olmaqla İordan çayının qərb sahilinin Hebron, Ramallah, Yerixo, Nablus və Qalkilya şəhərlərində açdığı atəş nəticəsində ümumilikdə 15 fələstinlinin həyatını itirdiyini bildirib. 

Günel Məlikzadə
Fins.az