DÜNYA

29 Sentyabr

Rusiya xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri uzadıb

Rusiya Mərkəzi Bankı xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri 6 ay uzadıb.

Rusiya Mərkəzi Bankından verilən yazılı açıqlamada, xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətlərin 31 mart 2024-cü ilə qədər uzadıldığı bildirilib.

Fins.az xəbər verir ki, Rusiyadakı sanksiyalara görə 2022-ci ilin mart ayından xaricə pul köçürmələrinə müxtəlif məhdudiyyətlər qoyulub.

Müvafiq olaraq, Rusiya vətəndaşları və dost ölkələrdən olan qeyri-rezidentlər bir ay ərzində xaricə maksimum 1 milyon dollar məbləğində pul köçürə bilərlər.

Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev sentyabrın 20-də verdiyi açıqlamada məzənnədəki volatilliyi azaltmaq üçün valyuta nəzarəti üçün bəzi tədbirlər görmək istədiklərini bildirib.
Günel Məlikzadə
Fins.az