DÜNYA

25 Sentyabr

Aİ-dən Çinin rəqabət siyasətinə sərt reaksiya

Avropa İttifaqı Çində  ədalətli rəqabət sisteminin təmin edilməsi üçün daha sərt davranacaq.

Fins.az Bloomberg-ə istinadən xəbər verir.

Avropa Birliyinin Ticarət Komissarı Valdis Dombrovskis, Çinə səfəri zamanı bir universitetdə etdiyi çıxışda, "Aİ rəqabəti alqışlayır. Rəqabət şirkətlərimizi gücləndirir və onları daha innovativ edir. Digər tərəfdən rəqabət ədalətli olmalıdır. Biz haqsız rəqabətə qarşı özümüzü daha çox müdafiə edəcəyik”.

Dombrovskisin səfəri Aİ və Çin arasında ticarət gərginliyinin, xüsusən də elektrik avtomobilləri ilə bağlı gərginliyin yaşandığı dövrə təsadüf edib. Aİ bu ay Çinin elektrikli avtomobillərinə verilən subsidiyalarla bağlı araşdırma açsa da, Çin bu hərəkəti "açıq proteksionizm" kimi şərh etdi. Dombrovskinin Çinə səfəri zamanı elektriklə işləyən avtomobillər məsələsinin gündəmdə olacağı gözlənilib.

Digər tərəfdən, Çin Ticarət Nazirliyi istintaqı "açıq proteksionizm aktı" kimi tənqid edib.

Günel Məlikzadə 
Fins.az