Avropa Statistika İdarəsi (Eurostat) iyul ayı üçün Avropa İttifaqı (Aİ) və Avro Bölgəsi üzrə mövsümi düzəliş edilmiş tikinti istehsalı məlumatlarını dərc edib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Avrozonada tikinti istehsalı iyulda iyun ayına görə 0,8% artıb. 2022-ci ilin iyul ayı ilə müqayisədə isə tikinti istehsalı 1 faiz artıb.
Aİ-də tikinti istehsalı iyulda əvvəlki ayla müqayisədə 0,7 faiz, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 0,9 faiz artıb.
AB ölkələri arasında iyul ayında əvvəlki aya nisbətən tikinti istehsalında ən yüksək artım 8,4% ilə Macarıstanda, 2,9% ilə Belçikada və 2,6% ilə Almaniyada qeydə alınıb. Ən çox azalma 6,5 faizlə Sloveniyada, 3,7 faizlə Çexiyada və 1,6 faizlə Finlandiyada qeydə alınıb.
Günel Məlikzadə
Fins.az