DÜNYA

15 Sentyabr

ABŞ-dan Rusiya və Türkiyəyə yeni sanksiyalar

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) 100-ə yaxın sanksiya tətbiq etdiyi, ABŞ Dövlət Departamentinin də sanksiya siyahısına 70-dən çox adamı əlavə etdiyi bildirilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, açıqlamada OFAC-ın Rusiya-Ukrayna müharibəsindən faydalananları, eləcə də hərbi materiallar istehsal edərək müharibəyə birbaşa dəstək verən Rusiya mərkəzli təşkilatları hədəf aldığı və Rusiyanın tədarük zəncirini pozmaq üçün sanksiyaların tətbiq edildiyi vurğulanıb.

Açıqlamada Rusiyanın müharibəsini davam etdirmək üçün üçüncü ölkələrdəki təşkilatlara arxalanmağa davam etdiyi vurğulanıb və sanksiya siyahısına Türkiyə mərkəzli təşkilatların da əlavə edildiyi bildirilib.

Açıqlamada qiymətləndirmələri yer alan ABŞ Maliyyə Naziri Janet Yellen, bugünkü sanksiyalarla ABŞ-ın Rusiyanın hərbi təchizat zəncirlərini hədəfə almaq və Rusiya prezidenti Vladimir Putini müharibə aparmaq üçün ehtiyac duyduğu avadanlıq, texnologiya və xidmətlərdən məhrum etmək səylərini davam etdirdiyini söylədi. 

Günel Məlikzadə 
Fins.az