DÜNYA

12 Sentyabr

Aktivlərin transferi İrana qarşı sanksiyaların ləğvi demək deyil - Dövlət Departamenti

Tehranın 6 milyard dollarlıq aktivlərinin transferi İrana qarşı sanksiyaların ləğvinə səbəb olmayacaq.

Fins.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, İrana qarşı heç bir sanksiya ləğv edilməyib və bu ölkəyə sanksiya yüngülləşdirilməsi tətbiq olunmayacaq.

Diqqətə çatdırılıb ki, keçən həftə ABŞ dövlət katibi Entoni Blinken məhbus mübadiləsi sazişinin bir hissəsi olaraq İranın dondurulmuş aktivlərinin Cənubi Koreyadan Qətərə köçürülməsinə icazə verib. Bu pullar humanitar məqsədlər üçün istifadə ediləcək.

Vurğukanıb ki, bu vəsaitlər birbaşa İrana getməyəcək və aktivlər hesaba köçürüldükdən sonra ABŞ Qətərdə ondan necə və nə vaxt istifadə edildiyini izləyə biləcək.

Qeyd edək ki, ABŞ İranla əsir mübadiləsi çərçivəsində 6 milyard dolların transferini təsdiqləyib.

Xatırladaq ki, Ağ Ev hələ avqustun 10-da Tehranla məhbusların mübadiləsi ilə bağlı razılığa gəldiyini təsdiqləyib. Avqustun 21-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Chafi isə bildirib ki, əsirlərin mübadiləsi və İranın aktivlərinin transferinə dair razılaşmalar iki ay ərzində həyata keçiriləcək.

©Trend