DÜNYA

08 Sentyabr

Avropa İttifaqı Rusiyanın almaz sənayesinə sanksiya tətbiq edəcək

Avropa İttifaqı Rusiyanın almaz sənayesinə sanksiya tətbiq etmək məsələsi üzərində intensiv işləyir.

Fins.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Hindistanın paytaxtı Yeni Dehlidə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ittifaqa üzv olan bəzi ölkələr tətbiq edilən anti-Rusiya məhdudiyyətlərindən yan keçməyə çalışırlar.

Qeyd edək ki, sentyabrın 8-də Yeni Dehlidə “G20”liyin zirvə toplantısı başlayıb. Ş.Mişel toplantıda iştirak edir.